Məsut Özilin İstanbula gələcəyi təsdiqləndi - “Fənərbaxça”dan açıqlama

Məsut Özilin İstanbula gələcəyi təsdiqləndi - “Fənərbaxça”dan açıqlama

Hazırda oxunan: Məsut Özilin İstanbula gələcəyi təsdiqləndi - “Fənərbaxça”dan açıqlama
8797
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, “Fənərbaxça” klubu rəsmi saytı vasitəsilə ulduz futbolçu ilə transfer görüşlərinə başlanıldığını bəyan edib.

Türkiyədə adətən bu cür bəyanatın futbolçunun transferinin həll olunduğu zaman yayıldığını nəzərə alsaq, yalnız rəsmi sözləşməyə qol çəkməyin qaldığını söyləmək olar. Həmçinin Özil özü də NTV kanalına açıqlamasında keçidi təsdiqləyib. 

33 yaşlı pleymeyker bu gün İstanbula yollanacağını söyləyib:

“Fənərbaxça”ya keçəcəyim üçün çox xoşbəxtəm. “Fənərbaxça”lı olaraq o formanı geyinməyi Allah mənə nəsib etdi. Bu klub üçün əlimdən gələni edəcəyəm. Bu axşam ailəmlə birlikdə İstanbula gələcəyəm”.

Özil sosial şəbəkə vasitəsilə mövsümün sonuna qədər “sarı-lacivərdlilər”də 67 nömrəli formanı geyinəcəyinə işarə vurub.

Bu transferdə böyük rol oynayan tanınmış iş adam Acun İlıcalı ulduz futbolçunu qarşılamaq üçün Dominikan Respublikasından Türkiyəyə qayıdıb.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO