“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO

Hazırda oxunan: “Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO
578468
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO


Bizim Media xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və “Qürurla irəli” şüarı altında baş tutub.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 kilometr məsafəni əhatə edib.


Xeyriyyə tədbirində 1700-dən çox iştirakçı qeydiyyatdan keçib.

Qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub.

Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar.
 

Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.


"Qələbə qaçışı"nda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

İki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub.

Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeydiyyat zamanı toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 1
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 2
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 3
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 4
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 5
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 6
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 7
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 8
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 9
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 10
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 11
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 12
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 13
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 14
“Qələbə qaçışı”nın qalibləri müəyyənləşdi - ADLAR - FOTO - foto 15


Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO