Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO

Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO

Hazırda oxunan: Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO
578447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışına start verib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb.
 

Qaçış 10 kilometr məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.


Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim olunacaq.

Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 1
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 2
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 3
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 4
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 5
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 6
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 7
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 8
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 9
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 10
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 11
Bakıda V “Qələbə qaçışı”na start verildi - FOTO - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO