Məşhur futbolçu KLUB SAHİBİ oldu

Məşhur futbolçu KLUB SAHİBİ oldu

Hazırda oxunan: Məşhur futbolçu KLUB SAHİBİ oldu
261363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PSJ-nin və İtaliya millisinin sabiq futbolçusu Marko Verratti karyerasına başladığı klubun ortaq sahibi olub.

Bizim.Media xəbər verir ki, italiyalı futbolçu “Peskara” klubunun səhmlərinin 50 faizini alıb. Verratti və klub bütün hüquqi detalları mövsüm başlamazdan əvvəl həll edəcək.
 

“Peskara” tezliklə yeni sahibini rəsmən elan edəcək. Onun direktorlar şurasındakı nümayəndəliyi qəbul edərək, klub rəhbərliyinə keçəcəyi də bildirilir. Verratti Peskarada anadan olub.


O, 2005-2009-cu illərdə eyniadlı klubun akademiyasında çıxış edib və daha sonra əsas komandaya keçib.

“Peskara” növbəti mövsümdə İtaliya futbolunun ikinci güclü divizionu olan B Seriyasında çıxış edəcək. Verrattinin özü bu yaxınlarda Qətərin “Əl-Duhail” klubuna keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO