Acun İlıcalı Sloveniyanın bu komandasını satın aldı - FOTO

Acun İlıcalı Sloveniyanın bu komandasını satın aldı - FOTO

Hazırda oxunan: Acun İlıcalı Sloveniyanın bu komandasını satın aldı - FOTO

190048

Məşhur türkiyəli iş adamı, teleaparıcı və “Hall Siti” klubunun sahibi Acun İlıcalı Sloveniya Liqası komandalarından olan “NK Maribor”u alıb.

Bizim.Media xəbər verir ki, bu türk mətbuatı yazıb.

Mənbə qeyd edir ki, imzalanma və digər prosedurlardan sonra bununla bağlı rəsmi açıqlama veriləcək

Qeyd edək ki, bir müddət əvvəl İlıcalı bu məsələ ilə bağlı informasiya yayıb. 
“Əsasən avrokuboklarda iştirak edə biləcək bir komandaya sahib olmaq istəyirik. Təbii ki, bu asan deyil, amma Sloveniyada güclü komandamız olarsa, Avropada mübarizə apara bilərik. Bu böyük bir üstünlük olacaq. Diqqətimizi Sloveniyaya yönəltmişik, lakin heç nəyə zəmanət verə bilmərəm”, - deyə o bildirib.

Xatırladaq ki, “Maribor” UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbağça” ilə qarşılaşıb və səfərdəki ilk matçda 3:1, evdəki ikinci matçda isə 3:0 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO