"Sabah" "Turan Tovuz"la heç-heçə etdi - VİDEO

Hazırda oxunan: "Sabah" "Turan Tovuz"la heç-heçə etdi - VİDEO

176457

Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.

Bizim.Media xəbər verir ki,  ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə 5-ci pillədəki "Səbail" evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ"la qarşılaşıb. 90+12 dəqiqə davam edən görüşdə 4 penalti təyin olunub, onlardan 3-ü qolla nəticələnib.  Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Günün ikinci oyununda 7-ci yerdəki "Sabah" 8-ci pillədəki "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. 

Turun digər oyunları 4 və 5 fevral tarixlərində keçiriləcək.

Misli Premyer Liqası, 21-ci tur

3 fevral

17:30. “Sabah” – “Turan Tovuz” - 1:1

Qol: Aleks Souza, 11 (0:1), Kahim Parris, 22 (1:1)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev

“Bank Respublika Arena”
 


 
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO