"Liverpul" onu yenidən icarəyə göndərdiyini təsdiqlədi

Hazırda oxunan: "Liverpul" onu yenidən icarəyə göndərdiyini təsdiqlədi

172866

"Liverpul" futbolçusu Fabio Karvalyonun "Hall Siti"yə icarəsi rəsmiləşib.

Bizim.Media Mersisayd təmsilçisinin saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Karvalyo peşəkar karyerasına “Fulhem”də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya "Liverpul"a keçib. Fabio komandanın heyətində 21 oyuna çıxıb və 1 qol vurub.
Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabr ayınadək icarə əsasında "Leyptsiq"də oynayıb. Karvalyo bu müddət ərzində 15 görüşdə iştirak edib.

Xatırladaq ki, TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalı 2022-ci ilin yanvarında "Hall Siti"ni alıb. Komanda hazırda Çempionşipdə mübarizə aparır və 26 oyundan sonra turnir cədvəlində 39 xalla 7-cidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO