Bakıda əhali sayının artması nəqliyyat sisteminə birbaşa təsir edir və ictimai nəqliyyata, xüsusilə də metroya olan tələbatı artırır.
Bizim.Media xəbər verir ki, sərnişin axınının artması isə mövcud infrastrukturun yenilənməsini və genişləndirilməsini zəruri edir.
Bu istiqamətdə Bakı Metropolitenində həm təmir, həm də gələcəkdə sərnişin daşıma imkanlarının artırılmasına hesablanan yeni layihələr həyata keçirir.
Həmin çərçivədə görülən ən vacib işlərdən biri də yaşıl və qırmızı xətlərin ayrılması prosesidir. Metronun “Nizami” və “28 May” xətləri arasında 200 metrə yaxın tunelin inşası ilə paytaxtın metro şəbəkəsi yeni mərhələyə qədəm qoyacaq.
Daha ətraflı “azertag.az”ın videoreportajında:
Bizim.Media
































































































