Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

Hazırda oxunan: Hakan Fidan: Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər - VİDEO

630096

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya çıxılmaz vəziyyətə düşəcəyi təqdirdə nüvə silahından istifadə edə bilər.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, əgər uzunmüddətli və tükəndirici müharibə cəbhədən Rusiyanın daxili ərazilərinə keçərsə və məsələ Moskva üçün ekzistensial xarakter alarsa, Kreml “son variant”a əl ata bilər.

Fidan qeyd edib ki, bu məsələ Rusiya və Qərb tərəfləri ilə apardığı təmaslar zamanı artıq müzakirə olunub.

Türkiyəli nazir vəziyyətin təhlükəli olduğunu vurğulayaraq bildirib ki, əvvəllər mümkünsüz hesab edilən bir çox ssenari son nəticədə gerçəkləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO