“Sabunçu” xəstəxanasında həkim ÇATIŞMIR – TƏBİB kadr axtarışına ÇIXDI – RƏSMİ  

“Sabunçu” xəstəxanasında həkim ÇATIŞMIR – TƏBİB kadr axtarışına ÇIXDI – RƏSMİ  

Hazırda oxunan: “Sabunçu” xəstəxanasında həkim ÇATIŞMIR – TƏBİB kadr axtarışına ÇIXDI – RƏSMİ  
124076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) tibbi personal çatışmazlığı iddia olunur. 

Bununla bağlı Bizim.Media-ya həmin xəstəxanada yaxınları müalicə olunan bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə, xəstəxanaya ağır durumda gətirilən xəstə 1 saatdan çox dəhlizdə gözləmədə qalır.

Onu ilkin müayinə etmək üçün həkim tapılmır. Həkimlər isə bu vəziyyəti xəstə çoxluğu ilə əlaqələndirirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda işdən çıxarılan 11 həkimlə bağlı YENİ XƏBƏR 


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. Qurum Bizim.Media-nın sorğusuna cavab olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim çatışmazlığının olduğunu təsdiqləyib:

“Sabunçu Tibb Mərkəzində qismən tibb personalı çatışmazlığı mövcuddur. Xüsusilə də tibb bacısı, porter sahələrində çalışanlara ehtiyac var. Bununla əlaqədar olaraq, bildiririk ki, kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə vakant yerlər üzrə kadrların işə cəlb olunması istiqamətində addımlar atılır”, - deyə qurumdan bildirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO