Trampın oğlu model nişanlısı ilə GİZLİCƏ evlənib

Trampın oğlu model nişanlısı ilə GİZLİCƏ evlənib

Hazırda oxunan: Trampın oğlu model nişanlısı ilə GİZLİCƏ evlənib

615039

ABŞ prezidentinin oğlu Donald Tramp-kiçik model Bettina Andersonla gizlicə evlənib, hərçənd onların toyu bu həftəsonu gözlənilirdi.

Bizim.Media xəbər verir ki, bu barədə "People" jurnalı nikah lisenziyasına istinadən məlumat yayıb.
 

Nəşrin əldə etdiyi sənədə əsasən, nikah mərasimi Andersonun bacısı Kristinanın Floridadakı Uest-Palm-Biç şəhərində yerləşən evində baş tutub və mərasimi Kristinanın əri, daşınmaz əmlak üzrə vəkil Bredli Makferson idarə edib.


Yeni evlənənlər iki gün əvvəl nikaha daxil olublar. Kiçik Tramp nişanlandıqlarını 2025-ci ilin dekabrında elan etmişdi.

Ötən gün ABŞ prezidenti Donald Tramp isə oğlunun Baham adalarında keçiriləcək toyunda iştirak edə bilməyəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO