ABŞ Prezidenti Donald Tramp səsinin niyə boğuq olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o “Fox News”a müsahibəsində bu barədə danışıb.
“Bu gün bütün günü iranlıların üstünə qışqırdım. Ona görə də səsim boğulur. Çünki inanıram ki, onların anladığı yeganə dil budur”, - deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Senatının üzvü Lindsi Qrem də Trampın İran rəsmiləri ilə birbaşa danışıqlar apardığını və onların üstünə qışqırdığı üçün səsinin batdığını bildirmişdi.
Bizim.Media






































































































