Xamenei Nəsrullahın ölümündən sarsılıb - "New York Times”dən sensasion açıqlamalar

Xamenei Nəsrullahın ölümündən sarsılıb - "New York Times”dən sensasion açıqlamalar

Hazırda oxunan: Xamenei Nəsrullahın ölümündən sarsılıb - "New York Times”dən sensasion açıqlamalar
213697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həsən Nəsrullahı tanıyan və adları açıqlanmayan dörd İran rəsmisi "New York Times” qəzetinə danışıb.

Bizim Media musavat.com-a istinadən xəbər verir ki, bu barədə informasiyanə adı çəkilən məşhur qəzet yayıb.

4 İran rəsmisinin qəzetə verdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın dostu Nəsrullahın ölümündən çox təsirlənib və yas saxlayır, amma yenə də sakit və praqmatik mövqe tutur.

Hər kəsin də müşahidə etdiyi kimi, Nəsrullahın ölümündən sonra Xamenei açıqlamasında qəzəbli ritorikadan çox, ölçülü tonda çıxış edib.

Analitiklərin fikrincə, Xamenei İsrailə qarşı cavabı İranın yox, Hizbullahın verəcəyini, İranın isə dəstək rolu oynayacağına işarə edib.

İsraillə hərtərəfli müharibə və ya ölkənin maraqlarını qorumaq arasında qərar verməli olan Xameneinin ehtiyatlı davrandığı düşünülür. İnqilab Keşikçiləri Korpusunun baş komandanı general Hüseyn Səlami də İsrailə zərbə vuracaq qrupların “Hizbullah, Həmas və digər Fələstin qrupları” olacağını açıqlayıb.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO