Maskın anası Baydenə qəzəbləndi – FOTO  

Maskın anası Baydenə qəzəbləndi – FOTO  

Hazırda oxunan: Maskın anası Baydenə qəzəbləndi – FOTO  

169110

Tesla və SpaceX-in sahibi İlon Maskın anası Mey Mask ABŞ Prezidenti Cozef Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi xəbərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mey Mask sosial şəbəkə hesabında paylaşım edib. 

O qeyd edib ki, Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə maneə olur: 

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Lakin başqa ölkələrdə insanlar İlonla fəxr edirlər”. 
Qeyd edək ki, Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyini ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karr sosial media hesabında yazmışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO