"Torqovı"da "gəzən heykəl"i sillələyən kişi axtarışa verildi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: "Torqovı"da "gəzən heykəl"i sillələyən kişi axtarışa verildi - YENİLƏNİB - VİDEO

75175

Bakıda, "Xəqani" Ticarət Mərkəzinin qarşısında “Gəzən heykəl”ə sillə vuran şəxs axtarışdadır.

Bizim.Media xəbər verir ki,bu barədə lent.az-a “gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib. 

O, hadisənin təfərrüatlarını belə nəql edib:

“Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim. Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.

13.19***

Bakının Nizami (Tarqovı) küçəsində “canlı heykəl” obrazı ilə məşhurlaşan Pərviz Abdullayev hücuma məruz qalıb.  

Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.  

Belə ki, videoda yaşlı kişinin “canlı heykəli” vurduğu öz əksini tapıb.

Hadisənin hansı səbəbdən törədildiyi isə bəlli deyil. Həmin görüntüləri təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO