Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir - Şikayət

Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir - Şikayət

Hazırda oxunan: Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir - Şikayət
649454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hövsan qəsəbəsində, MİDA yaşayış kompleksinin ərazisində yerləşən Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı mövcud deyil.

Bizim.Media-ya bununla bağlı müraciət edən şikayətçilərin sözlərinə görə vətəndaşlar rentgen müayinəsindən keçmək üçün Hövsan qəsəbəsində yerləşən 23 nömrəli poliklinikaya üz tuturlar.

Lakin həmin tibb müəssisəsində də cəmi bir rentgen aparatının olması xəstələrin sayının çoxluğu fonunda uzun növbələrin yaranmasına səbəb olur. Nəticədə icbari tibbi sığorta çərçivəsində müayinəyə gələn bir çox xəstə saatlarla gözləməli olur.

Bəzən isə növbənin uzunluğu səbəbindən onların həmin gün rentgen müayinəsindən keçməsi mümkün olmur. Bu halda sakinlər növbəti gün yenidən qeydiyyatdan keçərək müayinəyə yazılmalı olurlar.

Beləliklə, sadə bir tibbi müayinədən keçmək istəyən vətəndaşlar əlavə vaxt və enerji itirməli, eyni zamanda bir neçə dəfə tibb müəssisəsinə müraciət etməli olurlar.

Sakinlər üçün bu vəziyyət xüsusilə səhhətində problem olan və təxirəsalınmaz müayinəyə ehtiyac duyan şəxslərin işini daha da çətinləşdirir:

“Tibb mərkəzində niyə rentgen aparatı olmasın ki? Bunun üçün niyə başqa tibb müəssisəsinə getməliyik? Ərazidə tibb mərkəzi fəaliyyət göstərirsə, rentgen müayinəsi də elə orada mümkün olmalıdır. Ən adi müayinə üçün başqa poliklinikaya gedib,  saatlarla növbə gözləməliyik? Bizə deyirlər ki, Hövsan Sağlamlıq Mərkəzi rentgen aparatına görə cərimələnib. Ona görə də orada bu aparat işləmir. Bu problem niyə həll olunmur?”, - deyə narazı vətəndaşlar gileyləniblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi. 

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO