Yumurtaları harada saxlamaq lazımdır?

Yumurtaları harada saxlamaq lazımdır?

Hazırda oxunan: Yumurtaları harada saxlamaq lazımdır?

616152

Bir çox insan yumurtaları məhz soyuducunun qapısındakı xüsusi bölmələrdə saxlasa da, ekspertlərin sözlərinə görə, bu vərdiş məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Məşhur britaniyalı kulinar Meri Berri yumurtaların düzgün saxlanma qaydaları ilə bağlı maraqlı tövsiyələr verib. O bildirib ki, yumurtaların həm yerləşdirildiyi yer, həm də hansı tərəfi ilə qoyulması onların keyfiyyətinə təsir edir.

Bizim.Media xəbər verir ki, kulinarın sözlərinə görə, yumurtalar mütləq orijinal qablaşdırmada saxlanılmalıdır.

Bu, həm məhsulu zədələnmədən qoruyur, həm də yumurta qabığının digər qidaların qoxusunu çəkməsinin qarşısını alır.

Çünki yumurta qabığı məsaməli quruluşa malikdir və ətrafdakı qoxuları asanlıqla özünə hopdurur.
 

Meri Berri yumurtaların iti tərəfi aşağı olmaqla yerləşdirilməsini də tövsiyə edib. Onun sözlərinə görə, bu üsul sarının ağın mərkəzində qalmasına kömək edir və xüsusilə qaynadılmış yumurta və müxtəlif qəlyanaltıların hazırlanması zamanı daha estetik görünüş yaradır.


Qida təhlükəsizliyi üzrə mütəxəssislər də bildirirlər ki, yumurtaların təxminən 4 dərəcə temperaturda saxlanılması onların təzəliyini daha uzun müddət qoruyur. Bununla belə, soyuducuda düzgün yer seçmək vacib hesab olunur.

Ekspertlərin fikrincə, soyuducunun qapısı yumurta saxlamaq üçün ən uyğun olmayan hissədir. Çünki qapı hər açılıb-bağlandıqda temperatur dəyişir və bu dalğalanmalar məhsulun daha tez xarab olmasına səbəb olur.

Mütəxəssislər yumurtaların soyuducunun orta və ya alt rəfində saxlanılmasını məsləhət görürlər.

Bundan əlavə, yumurtaları balıq, pendir və soğan kimi kəskin qoxulu məhsullardan uzaq yerləşdirmək tövsiyə olunur. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO