Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Hazırda oxunan: Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

610747

“Sosial mediada sürətlə yayılan dəri baxımı trendləri gözəlləşdirmək yerinə dərini yaşlandıra bilir. Özəlliklə uşaqlar və gənclər arasında idarəsiz şəkildə istifadə edilən maska və asidli məhsullar, qalıcı dəri problemlərinə yol aça bilər”.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri dermotoloq Makbule Dündar deyib.

Xüsusilə trend videolarının təsiri ilə şüursuzca istifadə edilən kosmetika vasitələrinin sızanaqlara, dəri yanıqlarına səbəb olduğunu vurğulayan mütəxəssis ən doğru yolun dəri analizi olduğunu xatırladır.

“Öncə dəri analizi, sonra məhsul”

Yanlış istifadə məsamələrin tıxanmasına və daha çətin müalicə olunan düyünlü-kistik sızanaqlara yol açdığını bildirən Dr. Dündar qeyd edir:

“Sızanaq izi ilə hər iz eyni deyil. Yanıq izi ilə sızanaq ləkəsi eyni şəkildə müalicə olunmaz. Asidli pilinqlər də yanlış şəkildə istifadə edilir və dəridə yanıqlara səbəb ola bilər. Glikolik asid, laktik asidi biz də istifadə edirik. Ancaq bu hər kəs üçün uyğun deyil. Həssas və incə dərilərdə ciddi yanıqlar yarana bilər. İnternetdə trend olan maska hər kəsə uyğun deyil. Hanası yaşda oluruqsa olaq, öncəliklə dermotoloqa gedib dəri analizi etdirməliyik. Dəri tipimiz və risklərimizi öyrrəndikdən sonra məhsul seçməliyik. Araşdırma etmək önəmlidir amma dermotoloji mütəxəssisə üstünlük verilməlidir”.

Xədicə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO