Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Hazırda oxunan: Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK
596352
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın baş planına uyğun olaraq daha bir ərazidə söküntü nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, söhbət Mirəli Qaşqay 34 ünvanında yerləşən bir və iki mərtəbəli yaşayış tikililərindən gedir. Təxminən bir əsr əvvəl inşa edilmiş bu binaların yaxın vaxtlarda sökülməsi planlaşdırılır.

Bildirilir ki, sakinlərə hər kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya təklif olunub.
 

Qeyd olunur ki, mənzillərin hamısının ayrıca çıxışı mövcuddur. Artıq ərazidə evləri söküləcək sakinlərlə görüş keçirilib, mənzillərin texniki vəziyyəti qiymətləndirilib və inventarlaşdırma işləri aparılıb.


Məlumata əsasən, binalar söküldükdən sonra həmin ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmur.

Layihənin detalları və ərazinin gələcək təyinatı ilə bağlı isə əlavə məlumatın veriləcəyi gözlənilir. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO