Astaradakı ağır qəzada ölənlərin kimliyi bilindi – ADLAR

Astaradakı ağır qəzada ölənlərin kimliyi bilindi – ADLAR

Hazırda oxunan: Astaradakı ağır qəzada ölənlərin kimliyi bilindi – ADLAR
588795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda marşrut mikroavtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
 

MÖVZU İLƏ BAĞLI:

Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun Təngərüd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Astara–Lənkəran istiqamətində hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyarə Həsənova həyatını itirib. Ölən şəxslərin hər ikisi Astara rayon sakinləri olub. Qəza zamanı bir neçə sərnişin də xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO