Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB

Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB

Hazırda oxunan: Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB
588784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astarada baş verən qəzada xəstəxanaya aparılan yaralılardan biri həyatını itirib.

Bu barədə Bizim.Media-nın yerli bürosu məlumat əldə edib.

***18:09

Astara rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt–Astara avtomobil yolunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumatlara görə, Astara–Lənkəran istiqamətində sərnişin daşıyan “Mercedes Sprinter” markalı mikroavtobus hərəkət zamanı sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxıb.

Nəqliyyat vasitəsi elektrik dirəyinə çırpıldıqdan sonra aşıb.

Qəza zamanı mikroavtobusda olan şəxslərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Yaralananlar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB - foto 1
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB - foto 2
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB - foto 3
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB - foto 4
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB - foto 5


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO