Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO

Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO
254826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda küləş bağlaması daşıyan yük maşını yanıb. Hadisə Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində baş verib.

Bizim.Media xəbər verir ki, Rəfət Yaqubovun idarə etdiyi QAZ-053 markalı yük avtomobili örüş sahəsindən küləş bağlamaları daşıdığı zaman, yük yerində olan ot bağlamaları yolda elektrik xətlərinə toxunub. Nəticədə yanğın başlayıb və alov qısa müddətdə həm avtomobili, həm də üzərindəki yükü tam əhatə edib.

Yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal tibbi yardım üçün xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti tibb müəssisəsində nəzarət altındadır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.

Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO - foto 1


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO