
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 11.12.2024
1 dəq oxunma
Samuxda yanğını söndürmək istəyən ev sahibi xəsarət aldı - FOTO
Hazırda oxunan: Samuxda yanğını söndürmək istəyən ev sahibi xəsarət aldı - FOTO
224759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Samuxda yaşayış evində yanğın zamanı 65 yaşlı kişi xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köbər kəndində səhər saat 04:00 radələrində Abit Qasımova məxsus evdə baş verib.
Yanğın başlayan kimi evdə olan 7 ailə üzvü çölə çıxıb. Şahidlərin sözlərinə görə, ailə başçısı 1959-cu il təvəllüdlü A. Qasımov yanğını söndürmək istəsə də bunu bacarmayıb. Əvəzində 65 yaşlı kişinin əli, üzü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə zamanı ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları təmamilə yanıb.
Hadisə yerinə Samux rayon yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






































































































