Daşkəsəndə evdə PARTLAYIŞ: Xəsarət alan var

Daşkəsəndə evdə PARTLAYIŞ: Xəsarət alan var

Hazırda oxunan: Daşkəsəndə evdə PARTLAYIŞ: Xəsarət alan var
217519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsəndə bir nəfər bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən şəhərinin M.Əsədov küçəsində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

Hadisə yerinə FHN Daşkəsən şəhər yanğından mühafizə bölməsinin, hüquq-mühafizə orqanlarının, təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.

Partlayış nəticəsində ev sahibi, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilır. Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO