Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO

Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO

Hazırda oxunan: Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO
207263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gədəbəy rayonunun Novosaratovka kənd sakini Nürəddin Hüseynova məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Ev sahibi iddia edir ki, təbii fəlakətdən dəyən ziyana görə  müqavilədə ödəniş nəzərdə tutulsa da sığorta şirkəti onun müraciətlərini cavabsız qoyur.

Bizim.Media xəbər verir ki, dolu nəticəsində yararsız hala düşən dam örtüyündən yağan yağış evin içərisində də çatlar da yaradıb.

Məsələ ilə bağlı  sığorta şirkətindən bildirilib ki, hadisə 20 iyun tarixində  baş verib.

Şirkətlə sığorta müqaviləsi isə 28 iyun tarixində bağlanılıb. Bu barədə də müştəriyə məlumat verilib. İndi müştəri də, sığorta şirkəti də bilir ki, qarşılıqlı imzalanan müqavilə əsasında tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi halda məsələyə hüquqi müstəvidə aydınlıq gətirilə bilər.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO