
- A-
- A
- A+
Cəmiyyət
23:58 / 13.06.2024
1 dəq oxunma
Şirvanda ocaq qalayan kişi özünü YANDIRDI
Hazırda oxunan: Şirvanda ocaq qalayan kişi özünü YANDIRDI
197195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Neftçi küçəsi 17-də qeydə alınıb.
Həmin ünvanda yaşayan, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə qaladığı ocağa benzin tökərkən anidən alov onu tutub.
Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































