Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Hazırda oxunan: Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

191175

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. 

Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib ediblər:

“Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.


Məlum olub ki, hadisə nəticəsində vəfat etmiş 1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı və diqqətində olub.


1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.

1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.


1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır.

O yenicə Astara Gömrük İdarəsinə müavin təyin olunub. Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.


Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə bir saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilib ki, mərkəzə 6 may 2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.

Hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO