Baş Prokurorluq hoteldəki zəhərlənmə ilə bağlı MƏLUMAT YAYDI 

Baş Prokurorluq hoteldəki zəhərlənmə ilə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Baş Prokurorluq hoteldəki zəhərlənmə ilə bağlı MƏLUMAT YAYDI 

190895

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, digər iki nəfərin zəhərlənməsi ilə bağlı araşdıma aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü - FOTO


Qeyd olunub ki, hadisə mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb.

Belə ki, iki nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır. 

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO