Şəhid Samir Sadıqovun övladı doğuldu – FOTO  

Şəhid Samir Sadıqovun övladı doğuldu – FOTO  

Hazırda oxunan: Şəhid Samir Sadıqovun övladı doğuldu – FOTO  
180662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il 19-20 sentyabr tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Sadıqovun övladı doğulub. 

Bizim.Media xəbər verir ki, Amir adı verilən körpənin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. 

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. 
Qeyd edək ki, Samir Cəbrayıl oğlu Sadıqov 22 avqust  2000-ci ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub.

Hərbi xidmətini tamamladıqdan sonra müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətinə davam edib. Şəhid Ağstafa rayon Qırılı kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhid Samir Sadıqovun övladı doğuldu – FOTO   - foto 1
Şəhid Samir Sadıqovun övladı doğuldu – FOTO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO