Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 

Hazırda oxunan: Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 

173586

Sabah Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən “Sərdarov BMZ” ölçü qovşağından 16 yanvar 2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonu üzrə M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin Ordubadi küçəsinin, I,II, III Mədən və Baksol yolu adlanan yaşayış ərazilərinin, Binəqədi şosesinin, eləcə də Xəzər rayonu üzrə Bolluq yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO