Bakıda sexdəki partlayış-yanğında 24 nəfər XƏSARƏT ALIB 

Bakıda sexdəki partlayış-yanğında 24 nəfər XƏSARƏT ALIB 

Hazırda oxunan: Bakıda sexdəki partlayış-yanğında 24 nəfər XƏSARƏT ALIB 

173489

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. 

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, son məlumata görə, 24 nəfər xəsarət alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mebel sexində PARTLAYIŞ: Əraziyə 15 təcili yardım briqadası CƏLB OLUNDU - FOTO/VİDEO 


Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO