İsmayıllıda QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

İsmayıllıda QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

Hazırda oxunan: İsmayıllıda QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

168256

Şəki sakinlərinin olduğu avtomobil İsmayıllıda qəza keçirib. Qəza nəticəsində Şabanovlar ailəsinin dörd üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bizim.Media-nın yerli bürosunun qəzaya düşən ailənin yaxınlarından əldə etdiyi məlumata əsasən qəza zamanı 4 yaşlı əkiz bacılar Aydan və Fidan, onların 34 yaşlı anası Sahilə Şabanova və  38 yaşlı atası Elman Şabanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım həkimləri cəlb edilib və yaralılara ilkin tibbi yardım göstərildikdən sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitəsindəki nasazlıq olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO