Laçının mərkəzi küçəsi Bakının “Tarqovu”su kimi OLACAQ 

Laçının mərkəzi küçəsi Bakının “Tarqovu”su kimi OLACAQ 

Hazırda oxunan: Laçının mərkəzi küçəsi Bakının “Tarqovu”su kimi OLACAQ 
166054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 “Laçının mərkəzi küçəsi Bakının “Tarqovu”su kimi olacaq” 

Bizim.Media xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü ilə söhbətində "Laçın Abadlıq" ASC-nin direktor müavini Elnur Abdullayev bildirib. 

E.Abdullayev vurğulayıb ki, Laçındakı Bayraq meydanı tamamilə fərqli düşünülüb: 

“Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu ərazidə açıq hava işğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir. Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat vasitələrinin hərəkəti qadağan olunur.

Belə demək mümkündürsə, bura Bakının “Tarqovi”si kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət mərkəzi yerləşirdi. İşğal dövründə ermənilər onu dağıdıb. Biz onun yerində yeni konsert mərkəzi tikilib. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının yerləşdiyi küçənin yeni adı Ümummilli Lider Heydər Əliyevin adını daşıyacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO