Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin OLUNDU - FOTO

Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin OLUNDU - FOTO

Hazırda oxunan: Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin OLUNDU - FOTO
165754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin olunub. 

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, Təranə Yusifova 1968-ci il 5 dekabr tarixində Sumqayıt şəhərində anadan olub. 1984–1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988–1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb. 
1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib. 2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin OLUNDU - FOTO - foto 1


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO