Sumqayıtda “tok” vuran yeniyetmə ikinci dəfə ƏMƏLİYYAT OLUNDU

Hazırda oxunan: Sumqayıtda “tok” vuran yeniyetmə ikinci dəfə ƏMƏLİYYAT OLUNDU

162590

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev növbəti dəfə əməliyyat olunub. 

Bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev bu dəfə boynundan əməliyyat olunub. Əməliyyat 2 saat çəkib və hazırda uşaq reanimasiyadadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Elektrik cərəyanı vuran məktəblinin səhhəti ilə bağlı YENİ XƏBƏR – Atasından AÇIQLAMA


Qərənfil Əliyeva onu da qeyd edib ki, 5 gün sonra Aslan Əliyev növbəti dəfə əməliyyat olunacaq. Hansı ki, həkimlər həmin əməliyyatın ağır olduğunu deyiblər. 

Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub. 

Yeniyetmə bir həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə yeniyetmə 4 dəfə əməliyyat olunacaq. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO