Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO

Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO
161421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Binə qəsəbəsində uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, müəssisənin qapısına möhür vurulub. 

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. 
Həmin məktəblərin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal təcili-tibbi yardıma müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər xəstəxanaya yerləşdirilib. 

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. 

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. 
 


Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO - foto 1
Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO - foto 2
Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO - foto 3
Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO - foto 4
Bakıda şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana BAĞLANDI - FOTO/VİDEO - foto 5

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO