Antiterror tədbirlərində şəhid olan Tapdıq Bayramovla VİDA MƏRASİMİ – FOTO   

Antiterror tədbirlərində şəhid olan Tapdıq Bayramovla VİDA MƏRASİMİ – FOTO   

Hazırda oxunan: Antiterror tədbirlərində şəhid olan Tapdıq Bayramovla VİDA MƏRASİMİ – FOTO   

157560

Son lokal antiterror tədbirlərində şəhid olan 25 yaşlı Tapdıq Namiq oğlu Bayramovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın adət-ənənəsinə görə, Tapdıq Bayramovun da cənazəsi Quba şəhərinin girəcəyində xüsusi ehtiram və izdihamla qarşılanıb. 

Sonra şəhidin tabutu böyük avtomobil karvanının müşayiəti ilə doğulduğu Qonaqkənd qəsəbəsinə aparılıb. Burada şəhid Tapdıqla vida mərasimi keçirilib. 

Ata-anası həyatda olmayan şəhid Tapdıq Bayramovun tabutunu bacıları, yaxın qohumları qarşılayıb. Sonra şəhidin cənazəsi Quba şəhərinə gətirilib.
Quba Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində sakinlər, ictimaiyyət nümayəndələri, rayon rəsmiləri, şəhid ailələri, keçmiş döyüşçülər iştirak edib. Tapdıq Bayramovun Azərbaycan bayrağına bükülmüş cənazəsi rayon rəhbəri tərəfindən şəhidin əmisinə təqdim edilib. 
















Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO