Zaqatala və Balakəndə evləri sel suları BASDI - 4 körpü DAĞILDI 

Zaqatala və Balakəndə evləri sel suları BASDI - 4 körpü DAĞILDI 

Hazırda oxunan: Zaqatala və Balakəndə evləri sel suları BASDI - 4 körpü DAĞILDI 

155695

Leysan yağışları səbəbindən Zaqatalada 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd körpü yarasız hala düşüb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, sentyabrın 17-i axşam saat 21 radələrindən başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. 

Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. 17-i axşam saatlarından başlayan leysan yağışları sentyabrın 18-i gecə saatlarına qədər davam edib.

Rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Güclü külək səbəbindən bir-neçə ağac aşıb.

Rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun Tala, Zilban, Bəkməz və digər çaylarında su həddən artıq artıb. Tala, Zilban və Bəkməz çaydan qısa müddətli sel keçib. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisində üç körpü yararsız hala düşüb. 

Zilban çayının məcrasından çıxması səbəbindən çayın Zilban kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Tala çayının məcrasından çıxması səbəbindən rayonun Yolayrıc kəndini sel suları basıb. 
Sel suları kənddə 100 çox sakini təsərrüfatına ciddi ziyan vurub. Rayonun bir çox ərazisində sentyabrın 17-i axşam saatlarından elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonun müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam edilib, təmizlik və təmir işləri ilə aparılır, dəymiş ziyanın miqyası hesablanır. 

Qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir-sıra fəsadlar törədib. Rayonun Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi, Hənifə və Tülü kəndləri ərazisinə isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə, zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon mərkəzində iki irigövdəli ağac yıxılıb. Rayon bir çox yaşayış məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər. 

Rayonlarda qeyri-sabit hava şəraiti davam edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO