Oğlunu xilas edərkən polislə birgə boğulan qadın müəllim imiş – FOTO  

Hazırda oxunan: Oğlunu xilas edərkən polislə birgə boğulan qadın müəllim imiş – FOTO  

147715

Xəbər verdiyimiz kimi, iyulun 21-də Naxçıvandakı Uzunoba gölündə iki nəfər boğularaq ölüb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, göldə bataraq həyatını itirən 1984-cü il təvəllüdlü Səadət Aslanlı Naxçıvan Musiqi Kollecində müəllim işləyirmiş. 

O, 13 yaşlı oğlu Muradın boğulduğunu görərək suya atılıb və özü də boğulmağa başlayıb.

Bu zaman gölün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib. Daha sonra uşağın anası S. Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb. 
Həyatını itirən müəllimin fotosunu təqdim edirik. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO