
- A-
- A
- A+
Qaxda ananın alışdırdığı kibrit onu və azyaşlı qızını yandırdı - FOTO
Qaxın Marsan kəndində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər ciddi bədən xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Marsan kənd sakini 29 yaşlı Nəsimət Məmmədli yaşadığı evin həyətində alovlandırmaq məqsədi ilə odunun üzərinə benzin töküb.
Qadın bilmədən ocağın lap yaxınlığında dayanaraq kibriti alışdırıb. Bu zaman benzin alovlanıb və qadını da bürüyüb.
Güclü alov Nəsimət Məmmədli ilə yanaşı, yaxınlıqda dayanan 6 yaşlı qızı Raziyə Məmmədliyə də təsir göstərib.
Hər iki şəxs müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Yaxınlarının vasitəsi ilə ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yarım və müdaxilələrdən sonra onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































