Paytaxtda gözəllik salonlarından oğurluq edən qadın saxlanıldı

Paytaxtda gözəllik salonlarından oğurluq edən qadın saxlanıldı

Hazırda oxunan: Paytaxtda gözəllik salonlarından oğurluq edən qadın saxlanıldı
135786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib. 

Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib. 

Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO