Azərbaycanda SOS: 19 gündə 9 qadın qətlə yetirilib

Azərbaycanda SOS: 19 gündə 9 qadın qətlə yetirilib

Hazırda oxunan: Azərbaycanda SOS: 19 gündə 9 qadın qətlə yetirilib
121528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova paylaşım edib. O bildirib ki, fevralın 1-dən 19-a qədər ölkədə aşağıdakı qadın qətlləri baş verib:

- 2 fevral. Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;

- 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;

- 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;

- 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;

- 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;

- 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;

- 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;

- 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;

- 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq.

Qeyd edək ki, qətllərin əksəriyyətinin ailə üzvləri tərəfindən törədilməsi diqqət çəkib.

Azərbaycanda SOS: 19 gündə 9 qadın qətlə yetirilib - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO