Qazinin əməliyyatda sağlam ayağı yandı: Tanınmış həkim məhkəməlik oldu - FOTO

Qazinin əməliyyatda sağlam ayağı yandı: Tanınmış həkim məhkəməlik oldu - FOTO

Hazırda oxunan: Qazinin əməliyyatda sağlam ayağı yandı: Tanınmış həkim məhkəməlik oldu - FOTO
107068
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda fəaliyyət göstərən “HB Güven” klinikası məhkəməlik olub.

Bizim.Media Qafqazinfo.az-a istinadən xəbər verir ki, tibb müəssisəsini məhkəməyə Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlu verib.

İddiaya görə, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman, digər ayağı əməliyyat zamanı yandırılıb. 

Belə ki, iddiaya görə, əməliyyatda qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağını yandırıb. Bunun nəticəsində Ü.Hüseynovun bir barmağı da amputasiya olunub.

Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirildiyindən, o da məhkəmədə cavabdeh qismində çıxış edəcək.

22 yaşlı qazi məhkəməyə müraciət etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.

Bizim.Media

Qazinin əməliyyatda sağlam ayağı yandı: Tanınmış həkim məhkəməlik oldu - FOTO - foto 1
Qazinin əməliyyatda sağlam ayağı yandı: Tanınmış həkim məhkəməlik oldu - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO