"Xalq yazıçısından soruşursunuz pullar hanı,utanmırsınız?" - Çingiz Abdullayev jurnalistlərə ƏSƏBİLƏŞDİ - VİDEO

Hazırda oxunan: "Xalq yazıçısından soruşursunuz pullar hanı,utanmırsınız?" - Çingiz Abdullayev jurnalistlərə ƏSƏBİLƏŞDİ - VİDEO

101316

"Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?"  

Bizim.Media xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verərkən deyib.  

O bildirib ki, ayrılan məbləğdən daha artıq pul, vəsaitlərə və digər xərclərə sərf olunub:

"Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yol pulu... İçəri girəndə posterlərə baxmamısınız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?"  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO