"Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq" - Prezident

Hazırda oxunan: "Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq" - Prezident
70910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan xalqı otuz il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu. Ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq işğalla barışmaq fikrində deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edir - FOTO


“İlk qurultaydan sonra dəfələrlə deyirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, öz dədə-baba torpaqlarımızı azad edəcəyik.

İstəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yox. Hesab edirdim ki, məsələnin sülh yolu ilə həlli mümkündür. Beynəlxalq hüquq və norma prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi, aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında heç kimə sirr deyildi", - dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO