İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO

Hazırda oxunan: İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO
581819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.
 

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.


Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq.
 

“Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.


Prezident İlham Əliyev müəssisəni işə saldı.

Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 1
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 2
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 3
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 4
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 5
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 6
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 7
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 8
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 9
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 10
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 11
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 12
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 13


İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 14
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 15
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO