Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir - FOTO

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir - FOTO

Hazırda oxunan: Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir - FOTO
254802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrandan ölkəmiz vasitəsi ilə təxliyyə prossesi davam edir. Qırğızıstan Respublikasının  İrandakı səfirliyinin nümayəndələri də təxliyə olunan xarici vətəndaşlar arasında yer alıb. 

Bizim.Media xəbər verir ki, səfirliyin əməkdaşı Nazim Beişekeevin verdiyi məlumata görə, səfirliyin ümumilikdə 28 nəfərlik heyətindən bir qismi, o cümlədən bir neçə nəfər ailə üzvləri ilə birlikdə artıq Astara sərhəd-gömrük məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyyə prosesi Azərbaycan Respublikası tərəfindən göstərilən dəstək nəticəsində uğurla həyata keçirilib. Qırğızıstan nümayəndələri təhlükəsiz şəkildə qarşılandıqdan sonra, onlara yaradılmış şəraitə görə Azərbaycan Dövlətinə öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, İranda yaranmış böhran səbəbindən bir sıra ölkələrin vətəndaşlarının quru yolla təxliyyəsi məhz Azərbaycan ərazisindən həyata keçirilir. Astara gömrük-keçid məntəqəsində qonaqlar üçün çay süfrəsi hazırlanıb, tibbi ehtiyaclar üçün təcili yardım və həkim briqadaları əraziyə cəlb edilib.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO