Elnur Əliyev: “COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir”

Hazırda oxunan: Elnur Əliyev: “COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir”

188985

“COP29 kimi genişmiqyaslı tədbirin uğurla keçirilməsi üçün cəmiyyətin bütün üzvlərinin, xüsusilə də sahibkarların fəal iştirakı zəruridir. Bu il yaşıl iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Sahibkarlar Günü" ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu ölkəmizin imicinin daha da yüksəldilməsi, sahibkarlığın rəqabət qabiliyyətinin artırılması və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

"Qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilərimiz böyükdür. Sahibkarlarımız daha fəal təşəbbüskarlıq göstərməklə yanaşı, fəaliyyətini dövlətin artan dəstəyi fonunda korporativ məsuliyyət prinsiplərinə uyğun qurmalı, intizamlılığa daim sadiq qalmalıdırlar", - deyə E.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da intensivləşəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO