Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi

Hazırda oxunan: Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi

188760

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə Bakı şəhərində mətbuata bəyanatında bildirib.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO


Qeyd edək ki, sayca 29-cu olan COP (“Conference of the Parties”, yəni Tərəflərin Konfransı) postsovet məkanında ilk dəfə  Azərbaycanda keçiriləcək.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO