Putin: “Heydər Əliyev Baykal-Amur  magistral layihəsinin reallaşması üçün əlindən gələni edib”

Hazırda oxunan: Putin: “Heydər Əliyev Baykal-Amur  magistral layihəsinin reallaşması üçün əlindən gələni edib”

188455

“Heydər Əliyev Baykal-Amur (BAM) magistral layihəsinin reallaşması üçün əlindən gələni edib. Bu işdə isə Heydər Əliyevə biliyi, insanlara hörmətli münasibəti kömək edib,  o, özü BAM-ın obyektlərində olub, inşaatçılar və sakinlərlə ünsiyyətdə olub”. 

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Rusiya lideri qeyd edib ki, bu gün bu magistral bütün XXI əsrin logistikasını müəyyən edir.
Rusiya Federasiyasının Prezidenti onu da əlavə edib ki, Azərbaycan inşaatçıları hələ də Baykal-Amur magistral xəttinin yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO